3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan güləşçisindən DÇ-da bürünc medal


  • Offside
  • 23:29 17.09.2022
  • Oxunma sayı: 122
Azərbaycan güləşçisindən DÇ-da bürünc medal
Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Corner.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkiyeviçə qalib gəlib – 11:0.
 
Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.
 
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Qadın güləşçilər isə mundialı medalsız başa vurublar.






Offside