- Offside
- 23:17 03.02.2026
İtaliyanın "Yuventus" klubunun futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba məhkəməyə qədər həbs edilib.
Corner.az "RMC Sport"a istinadən xəbər verir ki. 32 yaşlı futbolçu mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etməkdə və sui-qəsddə ittiham olunur.
M.Poqba bütün şübhəlilər mühakimə olunanadək nəzarətə götürülüb.
Daha əvvəl Pol Poqba mütəşəkkil dəstənin hədələrinin qurbanı olduğunu bildirib. 29 yaşlı yarımmüdafiənin qardaşı tərəfindən 13 milyon avroluq şantaja məruz qaldığı iddia olunur.
Qeyd edək ki, bu ilin yayında "Yuventus"a qayıdan fransız futbolçu Turin təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb.