3 fevral 2026. Çərşənbə axşamı

AÇ: Azərbaycan millisi Gürcüstana məğlub oldu - YENİLƏNİB


  • Offside
  • 14:38 18.09.2022
  • Oxunma sayı: 152
AÇ: Azərbaycan millisi Gürcüstana məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.

Corner.az xəbər verir ki, qarışıq komanda 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib. Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib. 

***

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

Corner.az xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.

73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.

57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.

Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.







Offside