29 noyabr 2024. Cümə

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı


  • Offside
  • 21:32 19.09.2022
  • Oxunma sayı: 109
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı
Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Corner.az xəbər verir ki, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq.
 
Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.
 
Dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Göprüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq.
 
Qadınlar
 
48 kq.
Leyla Əliyeva
 
52 kq.
Gültac Məmmədəliyeva
 
Kişilər
 
60 kq.
Kəramət Hüseynov
 
66 kq.
Orxan Səfərov
Yaşar Nəcəfov
 
73 kq.
Rüstəm Orucov
Hidayət Heydərov
 
81 kq.
Səid Mollayi
 
90 kq.
Məmmədəli Mehdiyev
 
100 kq.
Zelim Kotsoyev
 
+100 kq.
Uşanqi Kokauri
 
Dünya çempionatına ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.






Offside