Futzal üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.
Qarşılaşma Azərbaycan yığmasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.
Azərbaycan millisi bu rəqibə qarşı bir gün öncə baş tutmuş oyunda da 3:5 hesabı ilə məğlub olmuşdu.