"Çelsi”nin kommersiya direktoru Damien Uilobi təyinatından bir ay keçməmiş vəzifəsindən göndərilib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, maliyyə vasitəçisi Katalina Kim həmkarının davranışı ilə bağlı “Çelsi”nin biznesin inkişafı üzrə direktoru Tom Qlikə şikayət edib və bundan sonra "zadəganlar" Uilobi ilə yollarını ayırmağa qərar verilib.
Maraqlısı bundadır ki, Uilobi hələ “Çelsi”də işə başlamazdan əvvəl Katalinaya xoşagəlməz mesajlar yollayıb. O, Kimə “səmimi videolar” göndərərək, seks mövzusunu qabardıb. Katalina bundan bir müddət keçdikdən sonra – Uilobi klubun kommersiya direktoru təyin edildi və London klubunun rəhbərliyinə ona göndərilən mesajlar barədə məlumat verib. Uilobi isə ona zəng edib və əsəbi halda xoşagəlməz ifadələr işlədib. Amma onun bu qəzəbi heç bir işə yaramayıb və “Çelsi”dəki postundan göndərilib.