29 noyabr 2024. Cümə

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək


  • Offside
  • 21:53 24.09.2022
  • Oxunma sayı: 73
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

Corner.az-ın məlumatına görə, bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.

Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.







Offside