- Offside
- 23:17 03.02.2026
Azərbaycan para-pauerliftinqçisi Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Açıq Avropa çempionatında bürünc medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Corner.az-a verilən məlumata görə, onun ən yaxşı nəticəsi 74 kq olub.
İdmançının ümumilikdə qaldırdığı 201 kq çəki isə öz kateqoriyasında 2-ci ən yaxşı göstərici olub.