Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb. Corner.az xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi DÇ-2024-ün əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.
Hazırda ölkəsinin “Marreko” klubunda çıxış edən vinger, sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.
Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib: “Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər”.
6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.