- Offside
- 23:17 03.02.2026
Basketbol üzrə qadınlardan ibarət ABŞ millisi Avstraliyada keçirilən dünya çempionatının qalibi olub.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, yığma komanda finalda Çini 83:61 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda görüşdə Avstraliya Kanadaya qalib gəlib – 95:65.
ABŞ komandası tarixində 11-ci dəfə dünya çempionatında qızıl medal qazanıb.