4 fevral 2026. Çərşənbə

Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir


  • Offside
  • 15:39 02.10.2022
  • Oxunma sayı: 115
Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir

"Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir".

Corner.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

35 yaşlı qrossmeyster bildirib ki, idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalıdır.

Rəcəbov, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalı olduğunu vurğulayıb: "Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin".

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.







Offside