4 fevral 2026. Çərşənbə

Mahir Emreli növbəti dəfə sıradan çıxdı


  • Offside
  • 16:09 03.10.2022
  • Oxunma sayı: 135
Mahir Emreli növbəti dəfə sıradan çıxdı

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə sıradan çıxıb.

Corner.az "index.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat Emrelinin hansı şəraitdə zədələndiyini yazmayıb.

Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.







Offside