- Offside
- 14:29 28.11.2024
"Bu ideyanı həyata keçirənlərlə qarşıdurma dövrləri təlatümlü olub. Mənə zəng vurub hədə-qorxu gəlirdilər".
Corner.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqası barədə danışarkən deyib.
Sloveniyalı funksioner gələcəkdə bununla bağlı kitab yazmağı düşündüyünü bildirib: "O zaman 48 saat yatmamış, yemək yeməmişdim".
54 yaşlı funksioner sözügedən ideyanın yaxın 10-15 il ərzində geri qayıtmayacağı sözlərini də əlavə edib: "İngiltərə klublarının bu layihəyə qatılmayacağı dəqiqdir. Onlarsız isə ciddi rəqabət olmayacaq. İngilislər Avropa futbolunda ən önəmli yerlərdən birini tutur".
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.