Azərbaycan millisinin cüdoçusu Uşangi Kokauri oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında iştirak etməyəcək. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı ötən gün axşam məşqində zədələnib. Yığmanın tibbi heyətinin qərarına əsasən, Kokauri heyətdən çıxarılıb və cüdoçunun müalicəsinə başlanılıb.
Heyətə 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev daxil edilib.
Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.