9 iyul 2026. Cümə axşamı

Danimarka millisinin oyunu azərbaycanlı hakimlərə tapşırıldı


  • Offside
  • 17:58 04.10.2022
  • Oxunma sayı: 100
Danimarka millisinin oyunu azərbaycanlı hakimlərə tapşırıldı
Futzal üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Corner.az xəbər verir ki, futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.
 
Oktyabrın 6-da, Rumıniyanın Targu Mures şəhərindəki “City Hall Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.






Offside