- Offside
- 23:17 03.02.2026
Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.
Corner.az-ın məlumatına görə, hər iki kollektiv III turda Rumıniyanın "Superbet" klubu ilə üz-üzə gəlib və məğlub olub. Bununla da Azərbaycan təmsilçiləri yarışda ilk məğlubiyyətlə üzləşib.
Kişilər
III tur
"Vüqar Həşimov" - "Superbet" (Rumıniya) - 2:4
Rauf Məmmədov - Vişvanatan Anand - 0,5:0,5
Kiril Şevçenko -Rixard Rapport - 1:0
Misrətdin İskəndərov - Boqdan Dayak - 0:1
Əhməd Əhmədzadə - Qukeş - 0:1
Ülvi Sadıxov - Qabriel Sarkisyan - 0,5:0,5
Xəzər Babazadə - Konstantin Lupulesku - 0:1
Qadınlar
"Superbet" (Rumıniya) - "Odlar Yurdu" - 2,5:1,5
İrina Bulmaqa - Günay Məmmədzadə - 0,5:0,5
Dinara Saduakkasova - Ülviyyə Fətəliyeva - 0,5:0,5
Yekaterina Atalik - Gülnar Məmmədova - 0,5:0,5
Marsel Efroimski - Xanım Balacayeva - 1:0