“Tottenhem”in məşqçisi Campyero Ventrone vəfat edib. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubunun fiziki hazırlıq üzrə çalışdırıcısı 62 yaşında ölüb. İtaliyalı mütəxəssisin ölümünə leykemiya səbəb olub. Xəstəlikdən əziyyət çəkən məşqçi Neapolda dünyasını dəyişib
Ventrone İtaliyada “Yuventus”, “Kataniya”, Çində “Szyansu Sunini” və “Quançjou” klublarında çalışıb. O, 2021-ci ilin oktyabrından “Tottenhem”də fəaliyyət göstərirdi.