4 fevral 2026. Çərşənbə

AFFA Qəbələ və Rövlan Muradovun cəzasını ləğv etdi


  • Offside
  • 18:27 07.10.2022
  • Oxunma sayı: 121
AFFA Qəbələ və Rövlan Muradovun cəzasını ləğv etdi
AFFA “Qəbələ”yə və bu klubun futbolçusu Rövlan Muradova İntizam Komitəsi tərəfindən verilmiş cəzanı ləğv edib. Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bununla bağlı Apellyasiya Arbitraj Tribunalı müvafiq qərar qəbul edib:
 
1. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə "Qəbələ" klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunsun.
 
2. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilsin.
 
Xatırladaq ki, İntizam Komitəsi Premyer Liqanın 7-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda Rövlan Muradovun birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığını əsas gətirərək onu 2 oyun cəzalandırmış, klubu isə 1600 manat cərimə etmişdi.






Offside