11 oktyabr 2026. Bazar günü

Azərbaycan millisindən Polşa üzərində çətin qələbə


  • Offside
  • 22:42 07.10.2022
  • Oxunma sayı: 153
Azərbaycan millisindən Polşa üzərində çətin qələbə
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.
 
Corner.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.
 
Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.
 
DÇ-nin seçmə mərhələsi
6-cı qrup
7 oktyabr
 
Azərbaycan - Polşa 4:3
Qol: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.






Offside