- Offside
- 23:21 22.05.2026
Şotlandiyalı futbolçu Gevin Stoks 30 yaşında dünyasını dəyişib
Corner.az-ın məlumatına görə, o, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasına düşərək vəfat edib.
Hadisə zamanı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, Gevin Stoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.