23 may 2026. Şənbə

Mollayi DÇ-nın yarımfinalında!


  • Offside
  • 14:00 09.10.2022
  • Oxunma sayı: 102
Mollayi DÇ-nın yarımfinalında!

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Corner.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi, 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.







Offside