4 fevral 2026. Çərşənbə

Azərbaycan güləşçisi DÇ-da ikinci oldu


  • Offside
  • 14:31 10.10.2022
  • Oxunma sayı: 104
Azərbaycan güləşçisi DÇ-da ikinci oldu
Oktyabrın 4-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatı keçirilib. Corner.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışda Elgiz Məmmədov (88 kq) A kateqoriyasında ikinci yeri tutub.
 
1/4 finalda Aytac Dəmirə “tuş”la qalib gələn həmyerlimiz yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını qazanıb.
 
Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.






Offside