29 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan avarçəkəni dünya ikincisi oldu


  • Offside
  • 17:20 10.10.2022
  • Oxunma sayı: 89
Azərbaycan avarçəkəni dünya ikincisi oldu

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, finalda 17 idmançı ilə mübarizə aparan avarçəkəni dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.







Offside