4 fevral 2026. Çərşənbə

24 yaşlı futbolçu ürək xəstəliyinə görə karyerasını bitirdi!


  • Offside
  • 19:41 10.10.2022
  • Oxunma sayı: 153
24 yaşlı futbolçu ürək xəstəliyinə görə karyerasını bitirdi!

İngiltərənin “Brayton” klubunun futbolçusu Enok Mvepu karyerasını 24 yaşında bitirmək məcburiyyətində qalıb.

Corner.az “The Sun”-a istinadən xəbər verir ki, buna futbolçuya potensial ölümcül irsi ürək xəstəliyi diaqnozu qoyulması səbəb olub.

“Brayton”un baş məşqçisi Roberto De Zerbi bununla belə şərh verib:

“Enok üçün üzr istəyirəm. O, həqiqətən də işləmək istədiyim oyunçulardan idi. Biz ona kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Mvepu 2021-ci ildə “Zalsburq”dan “Brayton”a keçmişdi.







Offside