12 may 2026. Çərşənbə axşamı

Tanınmış futbolçunun atasının meyiti tapıldı


  • Offside
  • 22:08 11.10.2022
  • Oxunma sayı: 133
Tanınmış futbolçunun atasının meyiti tapıldı

Braziliya "Flamenqo"sunun və Çili yığmasının yarımmüdafiəçisi Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.

Corner.az ADN nəşrinə istinadən xəbər verir ki, onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, Erasmonun ölümünə səbəb ürək tutması olub.

Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.

Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı oyunçu yığmada 133 oyun keçirib və 32 qol vurub.







Offside