29 noyabr 2024. Cümə

Azərbaycan yığması DÇ-da 17-ci oldu


  • Offside
  • 21:44 12.10.2022
  • Oxunma sayı: 88
Azərbaycan yığması DÇ-da 17-ci oldu
Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında medal sıralamasındakı mövqeyi bəlli olub. Corner.az xəbər verir ki, fərdi mübarizəni 2 bürünc medalla başa vuran yığma yekunda 17-ci yeri tutub.
 
Mundialda 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) qazanan Yaponiya komanda hesabında çempion olub. 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən Braziliya 2-ci yerlə kifayətlənib. İlk "3-lüy"ü 2 qızıl medalla təşkilatçı ölkə tamamlayıb.
 
Xatırladaq ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Dünya çempionatına oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.






Offside