29 oktyabr 2024. Çərşənbə axşamı

Real'ın sabiq futbolçusu vəfat etdi


  • Offside
  • 23:07 12.10.2022
  • Oxunma sayı: 98
Real'ın sabiq futbolçusu vəfat etdi

İspaniya "Real"ın sabiq futbolçusu Rafael Verdu vəfat edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 95 yaşında dünyasını dəyişib.

"Xeres Deportivo" komandasının fəxri prezidenti olmuş Verdu "Real Madrid"in Keçmiş Oyunçuları Assosiasiyasının ən yaşlı üzvü idi.

Qeyd edək ki, Rafael Verdu 1949/1950 mövsümündə "kral klubu"nun formasını geyinib.







Offside