29 oktyabr 2024. Çərşənbə axşamı

Neymar həbs oluna bilər


  • Offside
  • 22:09 13.10.2022
  • Oxunma sayı: 113
Neymar həbs oluna bilər
Fransanın PSJ klubunun hücumçusu Neymar həbs oluna bilər. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.
 
İddiaya görə, braziliyalı oyunçu İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.
 
Xatırladaq ki, Neymar 2013-cü ildə 88 milyon avro təzminat qarşılığında ölkəsinin "Santos" klubundan "Barselona"ya keçib.






Offside