29 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan boksçularının AÇ-da ilk rəqibləri bilindi


  • Offside
  • 10:32 14.10.2022
  • Oxunma sayı: 103
Azərbaycan boksçularının AÇ-da ilk rəqibləri bilindi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Avropa çempionatı
15 oktyabr
1/8 final

Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)

17 oktyabr
1/8 final

Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)

19 oktyabr
1/4 final

Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)

21 oktyabr
1/2 final

Aynur Rzayeva (+81 kq) – Zayra Qarsiya (İspaniya)/Darya Kozores (Moldova)







Offside