29 oktyabr 2024. Çərşənbə axşamı

Şamaxı 3000 manat cərimə olundu - formaya görə


  • Offside
  • 16:09 14.10.2022
  • Oxunma sayı: 112
Şamaxı 3000 manat cərimə olundu - formaya görə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunur. “Qəbələ”nin futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
 
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunur. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. 
 
“Zirə” – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur.






Offside