4 fevral 2026. Çərşənbə

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşdı


  • Offside
  • 13:42 15.10.2022
  • Oxunma sayı: 123
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşdı

Türkiyənin I Liqasında mübarizə aparan "Denizlispor" komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.

Corner.az-ın "NTV Spor"a istinadən məlumatına görə, hadisə klubun səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzduğu oyundan qayıdarkən baş verib.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan komanda üzvlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, "Denizlispor" 9 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







Offside