Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasıda keçirilən “Eurotalents Development Camp” turnirində gümüş medal qazanıb. Corner.az xəbər verir ki, o, yalnız finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.
Turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.