- Offside
- 14:29 28.11.2024
İran millisinin və Almaniyanın “Bayer” klubunun hücumçusu Sərdar Azmun Cənubi Azərbacana dəstək verib. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu bununla bağlı “İnstagram” səhifəsində paylaşım edib.
O, sosial şəbəkədə “Yaşasın Azərbaycan” yazaraq, güneydəki soydaşlarımızla həmrəylik nümayiş etdirib.
Bildirək ki, Azmun İranda hökumət əleyhinə aksiyalara da dəstək nümayişi göstərib. O, bir neçə gün öncə “Ölkəmin xanımları, cəsur qadınlar! Ümid edirəm ki, bir gün bütün dünya sizə hörmətlə yanaşacaq” paylaşımı ilə gündəmə gəlmişdi.