25 mart 2026. Çərşənbə

Serbiya millisi dünya çempionu oldu


  • Offside
  • 15:01 16.10.2022
  • Oxunma sayı: 136
Serbiya millisi dünya çempionu oldu
Qadın voleybolçulardan ibarət milli komandalar arasında dünya çempionatının qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, final oyununda Serbiya milli komandası Braziliya yığmasına qalib gəlib.
 
Niderlandın Apeldorn şəhərində keçirilən görüşdə 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə serblər qələbəyə sevinən tərəf olub.
 
Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib - 3:0 (25:20, 25:15, 27:25).
 
Serbiya turnirdə məğlub olmayan yeganə komanda oldu. Çempionat zamanı serblər Tokio Olimpiadasının qalibi olan ABŞ yığmasını iki dəfə - birinci mərhələdə və yarımfinalda məğlub ediblər.
 
Bu komanda ikinci dəfə dünya çempionatının qalibi olub. Serblər ilk birinciliyi 2018-ci ildə əldə ediblər.






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"