29 oktyabr 2024. Çərşənbə axşamı

Araz Naxçıvan'ın ÇL oyunlarını bu hakimlər idarə edəcəklər


  • Offside
  • 11:49 17.10.2022
  • Oxunma sayı: 90
Araz Naxçıvan'ın ÇL oyunlarını bu hakimlər idarə edəcəklər
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Hakimlər: Chaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya), David Abtequya Urdanoz (İspaniya)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
 
Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
 
26 oktyabr
Araz Naxçıvan – Orebro (İsveç)
 
27 oktyabr
Loznika Qrad (Serbiya) – Araz Naxçıvan
 
29 oktyabr
Mostar (Bosniya və Herseqovina) – Araz Naxçıvan






Offside