Futbol üzrə Yaponiya yığmasının sabiq yarımmüdafiəçisi Şunsuke Nakamura bu mövsümün sonunda, 44 yaşında karyerasını başa vuracaq. Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu hazırda Yaponiyanın ikinci divizionunda - “Yokohama” klubunun uğurları üçün çalışır.
Nakamura peşəkar karyerasına 1997-ci ildə Yaponiyanın “Yokohama Marinos” klubunda başlayıb və 2002-ci ildə İtaliya A Seriyasına üz tutub. O, burada “Recina”nın uğurları üçün çalışıb. 2005-ci ildə “Seltik”ə satılan futbolçu buradakı ilk mövsümündə Şotlandiya çempionluğunu və Şotlandiya Liqa kubokunu qazanıb. 2009/10 mövsümündə İspaniyanın “Espanyol” klubunun uğurları üçün çalışmış futbolçu, 2010-cu ildə Yaponiya çempionatına qayıdıb.
Şunsuke Yaponiya yığmasında 98 oyun keçirib, 24 qola imza atıb.