29 noyabr 2024. Cümə

Millimizdə oynayan futbolçunun qardaşından LGBT-yə etiraz


  • Offside
  • 16:57 17.10.2022
  • Oxunma sayı: 101
Millimizdə oynayan futbolçunun qardaşından LGBT-yə etiraz
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü maraqlı addım atıb. Corner.az xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi Niderland Erediviziyasının 10-cu turunun “Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib.
 
Buna, komandanın əsas kapitanı olan 22 yaşlı futbolçu sarğının göy qurşağı rəngində olmasına narazı olduğu üçün addım atıb. Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə millisinin üzvü bunu dəstəkləyən rəngləri daşıyan sarğıdan imtina edib. Belədə, komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb.
 
“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi matçda Orkun Kökçü 1 qol vurub, 1 məhsuldar ötürmə edib.






Offside