4 fevral 2026. Çərşənbə

Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı


  • Offside
  • 23:57 18.10.2022
  • Oxunma sayı: 148
Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.







Offside