- Offside
- 14:29 28.11.2024
İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Leyton Maksvell 8 il müddətinə azadlıqdan məhrum edilib.
Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı veteran yarımmüdafiəçi narkotik alverində ittiham olunur.
İddiaya görə, o, şəxsi evini 6 milyon funt sterlinq dəyərində narkotik anbarı kimi istifadə edib. Axtarış zamanı oradan 60 kiloqramdan çox kokain və heroin, həmçinin 2,5 milyon funt-sterlinq nağd pul tapılıb.
Uelsli keçmiş futbolçu bu xidmətə görə ayda 500 funt sterlinq gəlir əldə edirdi.
Qeyd edək ki, Leyton Maksvell "Liverpul”la yanaşı, ölkəsinin "Kardiff" və "Suonsi" klublarında da çıxış edib. O, futbolçu karyerasını 2004-cü ildə başa vurub.