Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz Naxçıvan” oktyabrın 21-də və 22-də Bakıda Qazaxıstan çempionu “Kayrat”la yoxlama oyunları keçirəcək. Corner.az xəbər verir ki, FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 20:00-da başlayacaq matçları FİFA referiləri idarə edəcəklər.
Araz Naxçıvan – Kayrat
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hacıəli Ağayev.
Timekeeper: Hikmət Qafarlı.
21 oktyabr. FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 20:00.
Araz Naxçıvan – Kayrat
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov.
Timekeeper: Hikmət Qafarlı.
22 oktyabr. FHN-in İdman Sağlamlıq mərkəzi. Saat 20:00.