28 iyul 2026. Çərşənbə axşamı

Liverpul'un sabiq futbolçusu karyerasını 29 yaşında bitirdi


  • Offside
  • 18:53 19.10.2022
  • Oxunma sayı: 158
Liverpul'un sabiq futbolçusu karyerasını 29 yaşında bitirdi
Futbol üzrə İngiltərə yığmasının və “Liverpul”un sabiq müdafiəçisi Con Flanaqan karyerasını başa vurub. Corner.az xəbər verir ki, zədələrdən əziyyət çəkən mərkəz müdafiəçisi 29 yaşında sevimli idman növü ilə vidalaşmalı olub.
 
“Liverpul”un yetirməsi olan Con Flanaqan, 2011-ci ildə bu klubun əsas komandasında çıxış etməyə başlayıb. İcarə əsasında “Bernli” və “Bolton”un uğurları üçün çalışan müdafiəçi, 2018-ci ildə “Liverpul”dan ayrılaraq Şotlandiya “Reyncers”inə keçib. O, daha sonra Belçikanın “Şarlerua”, Danimarkanın “Koqe” klubunda da çıxış edib.
 
Flanaqan İngiltərə yığmasında da 1 oyun keçirib.






Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"