29 noyabr 2024. Cümə

Azərbaycan çempionatında ikinci günün qalibləri bilindi


  • Offside
  • 21:19 19.10.2022
  • Oxunma sayı: 100
Azərbaycan çempionatında ikinci günün qalibləri bilindi

Kişi boksçular arasında Azərbaycan çempionatında ikinci günün döyüşləri başa çatıb. Corner.az xəbər verir ki, 38 komandanın qatıldığı yarışda bu gün 19 qarşılaşma keçirilib.

67 kq-da 1/8 finala, 54 kq, 60 kq və 86 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında Avropa çempionatının finalçısı Ruslan Qədirov da yer alıb.

Sabah – çempionatın üçüncü günündə isə 17 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlayacaq.

Yarışın qalibləri oktyabrın 25-də bəlli olacaq.

Azərbaycan çempionatı

1/16 final

67 kq
Elməddin Camaləddinov (Sabirabad) – Əlyar İbrahimov (Gəncə) – ikinci nokautla qalib gəlib
Məhəmməd Novruzov (Mingəçevir) – Şəmsi Şahbazov (MOİK) – 0:5
Taleh Qasımoğlu (Z-1) – Turan Quluzadə (“Qızıl əlcək” İK) – 5:0
Şamil Həbibov (DİN İK) – Ceyhun Məmmədov (Qusar) – birinci tam üstünlüklə qalib gəlib
Namiq Rüstəmov (FHN İK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci tam üstünlüklə qalib gəlib

1/8 final

54 kq
Möhsün Həsənzadə (Naxçıvan MR) – Nəbi Abduləzimov (“Səbail” İK) – 5:0
Elşən Qəribov (Quba) – Orxan Əlirzayev (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib
Namiq Yarəliyev (Qəbələ) – Nicat Abıdov (FHN İK) – 5:0
Ramazan Babayev (DİN İK) – İsa Gəncəliyev (“Qəbələ” İK) – 0:5
Nicat Abdullayev (“Qızıl əlcək” İK) – Vüqar Talıblı (Zaqatala) – 5:0
Əhməd Əhmədov (“Neftçi” İK) – Vüsal İsazadə (DİN İK) – 5:0
Əli Hüseynov (“Neftçi” İK) – Camal Səfərli (Masallı) – 2:3
Ruslan Qədirov (MOİK) – Elgün Babayev (METE) – 5:0

60 kq
Şamil Əsgərov (“Neftçi” İK) – Sərxan Əhmədov (MOİK) – 5:0
Samir Əsədli (“Səbail” İK) – Ramiz Məmmədov (“Neftçi” İK) – birinci diskvalifikasiya olunub
Miradam İbrahimov (Biləsuvar) – Məhəmmədəli Əliyev (Cəlilabad) – ikinci döyüşə gəlməyib

86 kq
Abdulla Abdullayev (DGK İK) – Vaqif Bəşirov (Şirvan) – birinci döyüşə gəlməyib
Tural Useynov (“Səbail” İK) – Araz Sultanzadə (“Qara papaq” İK) – birinci tam üstünlüklə qalib gəlib
Elcan Əlikişiyev (“Sərhədçi”) – Məhəmməd Yusifov (Balakən) – 0:5







Offside