29 oktyabr 2024. Çərşənbə axşamı

Murov Xorvatiya klubuna ilk oyunda qalib gəldi


  • Offside
  • 21:20 19.10.2022
  • Oxunma sayı: 81
Murov Xorvatiya klubuna ilk oyunda qalib gəldi
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda mübarizəyə başlayıb. Corner.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.
 
Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşmada Xorvatiya təmsilçisi nominal meydan sahibi olub. Görüş "Murov"un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
 
Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda keçiriləcək.






Offside