29 oktyabr 2024. Çərşənbə axşamı

Liderlərdən növbəti qələbə


  • Offside
  • 23:48 19.10.2022
  • Oxunma sayı: 86
Liderlərdən növbəti qələbə

Azərbaycan Basketbol Liqasında II turun oyunlarına start verilib.

Corner.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Hər iki görüş "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutub.

Günün ilk matçında lider "Gəncə" Astaranı təmsil edən "Zirə" komandasına 78:77 hesabı ilə qalib gəlib.

Digər oyunda isə "Neftçi" "Sərhədçi"ni məğlub edib - 85:80.

Bu nəticələrdən sonra xallarını 4-ə çatdıran "Gəncə" zirvədəki mövqeyini qoruyub.Eyni xala malik "Neftçi" 2-cidir. Hərəyə 2 xalı olan "Zirvə" və "Sərhədçi" isə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, tura oktyabrın 22-də keçiriləcək "AAAF Xırdalan" - "Sabah" və "Olimpik" (Şəki) - NTD matçları ilə yekun vurulacaq.







Offside