29 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq


  • Offside
  • 09:44 20.10.2022
  • Oxunma sayı: 119
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

Corner.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq.

Eyni məkandakı ilk qarşılaşmada "Murov" 3:0 (25:19, 25:18, 25:20) hesabı ilə qalib gəlib.

Cütün qalibi 1/16 final mərhələsində Avstriyanın "UVC Graz" kollektivi ilə görüşəcək.







Offside