29 oktyabr 2024. Çərşənbə axşamı

Mahir Emreli koronavirusa yoluxdu


  • Offside
  • 13:33 20.10.2022
  • Oxunma sayı: 87
Mahir Emreli koronavirusa yoluxdu

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli koronavirusa yoluxub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis millimizin üzvü ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını diqqətə çatdırıb.

Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəyini söyləyib.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Offside