29 oktyabr 2024. Çərşənbə axşamı

Klubların növbəti mövsüm üçün müraciət tarixi bilindi


  • Offside
  • 16:23 20.10.2022
  • Oxunma sayı: 101
Klubların növbəti mövsüm üçün müraciət tarixi bilindi

Azərbaycanın futbol klubları üçün lisenziyalaşdırma mövsümünün başlayacağı tarix açıqlanıb.

Corner.az xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqada iştirak etmək istəyənlər noyabrdan ərizələri təqdim edə biləcək. AFFA rəsmisi ərizələr üçün yekun tarixin noyabrın 7-si olduğunu söyləyib. Məmmədov bu məqsədlə oktyabrın 31-də klublarla iclasın baş tutacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən mövsüm I Divizionda çıxış edən komandalardan "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqada iştirakına lisenziya verilib. Cari mövsüm aşağı dəstədə "Araz Naxçıvan", MOİK, "Qaradağ Lökbatan", "Zaqatala", Mingəçevir və "İmişli" mübarizə aparır.(report)







Offside