- Offside
- 14:29 28.11.2024
Portuqaliya millisinin və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşının İngiltərə klubundakı mövqeyinə münasibət bildirib.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qardaşının komandadan kənarlaşdırılmasını hörmətsizlik adlandırıb.
“Nə olur olsun, hər şeyi yaxşı görürəm. Bu, Ronaldoya hörmətsizlikdir” – Elma sosial media hesabında yazıb:
37 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunun “Tottenham”lə oyunu (2:0) sona çatmamış ehtiyat oyunçular skamyasını tərk edib. O, əşyalarını götürüb və oyundan sonra paltardəyişmə otağına girmədən “Old Trafford” stadionunu tərk edib.