29 noyabr 2024. Cümə

Azərbaycan millisi Avropa birinciliyini 9 medalla başa vurdu


  • Offside
  • 17:10 24.10.2022
  • Oxunma sayı: 87
Azərbaycan millisi Avropa birinciliyini 9 medalla başa vurdu
Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir. Corner.az xəbər verir ki, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) mübarizə apardığı qitə birinciliyində Azərbaycan millisinin üzvləri də medallar uğrunda yarışıblar.
 
Bu gün Azərbaycan yığma komandasının son iki üzvü - "Təhsil RİM - Muğan" təmsilçisi Əli Şükürlü və “Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.
 
Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
 
Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb. Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.
 
Beləliklə, yığma komandamız Avropa birinciliyini toplam 9 medalla - 3 qızıl, 4 gümüş və 2 bürünc medal - başa vurub.






Offside