Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeşin Tanjir şəhərində keçirilmiş Afrika kubokunun qalibi olub. Corner.az xəbər verir ki, milli komandanın lideri 750 m-lik üzgüçülük, 20 km-lik velosiped sürmə, 5 km-lik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edərək qızıl medal qazanıb.
İkinci yeri Almaniya təmsilçisi Yanik Şafler tutub. İspaniyalı Anxel Sançes Kareas isə üçüncü olub.